Qadin.NET / Səninlə sənsiz...

Səninlə sənsiz...

 

Səninlə sənsiz...

 

Sən mənim ömrümdə açan çiçəkdin.

Niyə bu çiçəyi soldurdun gülüm?

Səni dünyalarca sevən birinə

Qarşılıq vermədin,tərk etdin gülüm.

 

Günahım nə idi söylə həyatım.

Sevməkmiş bilirəm, budur günahım.

Nə edim ürəyim bir səni seçdi.

Sonsuzadək sevdim, günlərim keçdi.

 

Gəldin həyatıma, girdin qəlbimə.

Mən də səni sevdim, sevməz olaydım.

Bu cavan yaşımdan mənim ömrümə.

Qaranlıqlar çökdü, görməz olaydım.

 

Hər gecə yuxumda xəyal qurardım.

Sənli günlərimi xatırlamaqçın.

O an necə xoşbəxt olurdum inan.

Yuxumda əlindən tuturdum sənin.

 

Bu sənli dünyamda sənsizəm indi.

Mən gedən yolları gedə bilərsən?

Ey gülüm od vurub, dağ çəkdin mənə.

İndi xoşbəxtsənmi söyləsənə sən.

 

De sənsiz nə edim, necə yaşayım.

Gəldiyim yollarda izim qalmadı.

Sevmək asan imiş, unutmaq çətin.

Unutmaqçın mənim gücüm qalmadı.

 

İndi yaşayıram sənsiz günləri.

Cismim ölüb artıq, ruhum yaşayır.

Öləndə də yenə sənin adını.

Anıb bu dünyadan köçəcəyəm mən.

 

Elə bilmə səni sakit qoyacam.

Gecələr yuxuna qonaq gələcəm.

Yuxunda sən məni qova bilməzsən.

Axı yuxunda da sənin olacam.

 

Sevgimi verirəm, saxla onu sən.

Sındırma, bərk saxla, ürəyində sən.

Bu sevgi bir sənə, bir mənə aid.

Dastanlar yazılar bizlərə aid.

 

 

Səninlə sənsiz...

 

Xoşbəxt ol

 

Tək-tənha gəzəndə aranı, dağı.

Yada sal sinəmə çəkdiyin dağı.

Saralmış görəndə bir gül yarpağı.

Vədəsiz dən düşmüş teldə tap məni.

 

Unutmaq istədim, ancaq nə fayda.

Yadımdan çıxmamış düşürsən yada.

Eşqimin odunu söndürə bilmir.

Qəzəbim sel kimi aşıb daşsa da.

 

Zalımlar qoymadı sevməyə səni,

Sevgimi səninçün saxlamışdım mən.

İndisə görməyə gözüm yox səni.

Hər günü adınla başlayırdım mən.

 

Toxunma yaralı qəlbimə mənim.

Davam et yoluna yaşa, xoşbəxt ol.

Üz-üzə gəlsək də danışma-dinmə.

Sən mənə doğma ol, mənsə sənə yad.

21 iyun 2013
GO BACK