Qadin.NET / İnsan axtarıram

İnsan axtarıram

 

İnsan axtarıram

 

Göz yaşları saf və təmizdir. Qəlbdən gəlir çünki... 

Heyhat!... Bu dövrdə , o göz yaşlarıda saxtalaşdı. 

İnsanları sabaha səsləyən sözlər də var ki,

Elə o sözlər də insanlar kimi saxtalaşdı.

Bəzilərinin hələ də təmiz bildiyi gözlər,

Qəlblərin aynası olan, o sevgi dolu gözlər.

Gözlərdəki, o baxışlar. Onlar da başqalaşdı.

...  Eh, indi nə qaldı ki? 

Anlayıb düşünürsənmi? 

 Dəyişilib başqalaşmayan, saxtalaşamayan, 

saflığını itirməmiş, 

İnsan olan qaldımı? 

Məni qınama, Həyat! 

 İnsan axtarıram. İnsan! 

Tapsam ona ürəklə sevgi ehsan edəcəyəm. 

Göz yaşları təmiz olan, 

Özü, sözü bir olan, 

Həyat verən, bölüşən, 

Bağışlayan, 

Doğmalaşan, 

Sevinclərə şərik olan, 

Sevən, sevgini bilən,

Əhdə vəfalı , sadiq sirdaş,

Dost qədrini bilən,

Doğmalarına yadlaşmayan,

Qəlbi daşlaşmayan,

Gözü başqalaşmayan,

Sözü saxtalaşmayan,

İnsan axtarıram. İnsan!

Tapsam ona ürəklə sevgi ehsan edəcəyəm.

Ona saf eşqimlə dolu Dünyamı verəcəyəm.

İnsan axtarıram

Etiraf

Sən sabahımın günəşi,

Qurub edən saf sevgimsən.

Sən həyatımın nəşəsi,

İtirdiyim cövhərsən.

 

Sənsizliyimin rüzgarı,

Sənsizliyin ünvanısan.

Yaşananların limanı,

Sevgimizin xəzanısan.

 

Bu günümüzün dünəni,

Artıq qayıtmaz keçmişsən.

İncidilən saf qəlbimi

Fəqət tərk edib getmişsən.

 

Qəlbimdəkilərin dili,

Səssizliyimin səsisən.

Gözlərimdə olan sevgi,

Üzümdəki kədərmisən.

 

Sevincimizin hicrani,

Qayıtmayan vüsalımsan.

Dünənimin xatirəsi,

Sabahımın yoxluğusan.


Yanlızlığımın təkliyi,

Artıq xoşbəxt bir birliksən.

Zaman unutdurar məni,

Qədərindəkin sevərsən.

müəllif: Gülnar

 

30 iyun 2013
GO BACK