İstə
Demirəm mənə dünyanı gətir,
Şahlara məxsus var- dövlət gətir,
Istəmirəm nə şan, nə şöhrət gətir
Bəsimdir aldığın kiçik bir ətir.
Demirəm mənə günəşi bəxş et.
Istəmirəm uca dağları bəxş et,
Göydən ulduzları səmanı qopar
Dilərəm tər- təmiz sevgini bəxş et.
Istəmirəm mənə sarayda yer ver
Qarşımda qullar, birdə nökər ver,
Cah- cəlal içində uzun ömür ver
Istərəm qəlbində kiçik bir yer ver.
Sənə deyirəm həyatım mənim,
Bu sözü deyərkən titrəyir qəlbim,
Həyatdan qiymətli nəyim var mənim?
Istə qurbandır həyatım mənim.
Sənin sevgindir yaşadan məni,
Vəfan, sədaqətin ucaldan məni.
Bu sevgi göylərdə yaşadır məni,
Istəmə göylədən heç vaxt enməmi.
Külək
Hava isti günəş par par yanırdı,
Göydə buludların sıralayırdı,
Gözəl qaranquşlar qatarlanırdı,
Bütün intizamı pozdun ey külək.
Quşlar oxuyurdu oxumaz oldu,
Budaqlar üstündə duramaz oldu,
Sənin qəzəbinə dözməyib uçtu,
Qəzəbin səbəbi nədir ey külək.
Göydə buludları çaxnaşdırırsan,
Yerdə ağacları çırpışdırırsan,
Yeri də göyü də qatışdırırsan,
De səni incidən nədir ey külək.
Yağışı özünə həmdəm edirsən,
Onunla birgə irəliləyirsən,
Damcıyla hər kəsi döyəcləyirsən,
Əsirsən coşursan nədən ey külək.
De hardan başlayıb hara gedirsən,
Niyə belə qəzəblisən hirslisən,
Önünə baxmadan hey şütüyürsən,
De sənin məkanın varmı ey külək...
Dəniz 84