Qadin.NET / Nə yaman dönüksən, sönüksən, dünya!

Nə yaman dönüksən, sönüksən, dünya!

Nə yaman dönüksən, sönüksən, dünya!

Günahı üstümə atdılar, susdum.

Bütün olanları yaxşıya yozdum.

Sonunda aldandım, yaman uduzdum,

Nə yaman dönüksən, sönüksən, dünya.

 

Qol-qanadı sınmış bir quş kimiyəm,

Qəddarca ovlanmış ceyran kimiyəm.

Hiyləyə qurban getmiş aslan kimiyəm,

Nə yaman dönüksən, sönüksən, dünya.

 

Niyə ömür boyu səni qınadıq?

Vəfana inandıq, biz bel bağladıq.

Yanıldığımızı çox gec anladıq,

Nə yaman dönüksən, sönüksən, dünya.

 

Nə yaman dönüksən, sönüksən, dünya!

Dünya dedikləri bir müəmmadır,

Bir üzü qaradır, bir üzü ağdır.

Təlxək taxta çıxıb zənn edir, şahdır,

Nə yaman dönüksən, sönüksən, dünya.

 

Sənmi günahkarsan, mənmi günahkar?

Çəkinmə, cavabı tez ver aşikar.

Nə oldu qulağın yenə oldu kar?

Nə yaman dönüksən, sönüksən, dünya.

  

Səninlə hələ çox ədavətim var,

Allaha səndən artıq itaətim var.

Bu şerdən sonra nə sualın var?

Nə yaman dönüksən, sönüksən, dünya.

İnsanın ömrünə hörüksən, dünya.

24 iyun 2013
GO BACK