Qadin.NET / Nə fayda

Nə fayda

Nə fayda

 Göz yaşın süzülür yanaqlarına,

Silməsən nə fayda, silsən nə fayda.
Çox gec anladın ki, günah sənindir,
Gəlməsən nə fayda, gəlsən nə fayda...

Artıq nə sən mənim, nə mən səninəm,
Nə sənin bəxtinəm, nə taleyinəm,
Bir şeyi başa düş, mən özgəninəm,
Qayıtsan nə fayda, dönsən nə fayda...


 Zaman mən olmuşam, yaş sən olmusan,
Torpaq mən olmuşam, daş sən olmusan,
Üzük mən olmuşam, qaş sən olmusan,
Anlasan nə fayda, bilsən nə fayda...

Adımı qəlbindən ömürlük pozdun,
O qəlbə özgənin adını yazdın,
Sonunda mənim tək səndə uduzdun,
Ağlasan nə fayda, gülsən nə  fayda...

Nə fayda

 Bil ki, zərrə qədər çoxsan mənimçün,
Qəlbimdə zəhərli oxsan mənimçün,
Anaram, sən artıq yoxsan mənimçün,
Yaşasan nə fayda, ölsən nə fayda..!

 

20 iyun 2013
GO BACK