Qadin.NET / Mənə öyrəşmə!

Mənə öyrəşmə!

 

Mənə öyrəşmə!

 

Ürəyini oda salıb,
Mənə öyrəşmə, əzizim.
Şirin xəyallara dalıb,
Mənə öyrəşmə, əzizim.
    
Xoş sözümü sevgi sanma.
Yandır, oğrun-oğrun yanma,
Məni unut, məni anma,
Mənə öyrəşmə, əzizim.
     
Könlüm - ümman, üzəmməzsən.
Söhbətimdən söz əmməzsən,
Həsrətimə dözəmməzsən,
Mənə öyrəşmə, əzizim.
   
İstər günəş ensin yerə.
Göz yaşların dönsün Kürə,
Sən özünü görə-görə,
Mənə öyrəşmə, əzizim.
   
Öyrəş ulduzlara aya.
Payıza, bahara, yaya,
Öyrəşib qoca dünyaya,
Mənə öyrəşmə, əzizim! 

 

Mənə öyrəşmə!

 

Olmaya
Düz əyrini nişan alıb
Hünər "sağolsuz" olmaya.
Barmaqlara həsrət qalıb
Tellər sığalsız olmaya.
        
Çəmən çiçəksiz olsa da,
Çiçək min ləçək olsa da,
Xəyallar gerçək olsa da,
Dünya nağılsız olmaya.
       
Axtarmadım yaşda ağıl,
Nə gözdə, nə qaşda ağıl,
Gözəllikdi başda ağıl

 Gözəl ağılsiz olmaya.

 

Yusif Nəğməkar 

12 iyul 2013
GO BACK