Qadin.NET / Bilmərəm

Bilmərəm

 

Bilmərəm

 

Nə qədər qəmim uludur,
Gülə bilmərəm, bilmərəm!
Görmürsən qara buludu?!
Gələ bilmərəm, bilmərəm!

 

O kimdi meydan sulayır?
Gör kimi kimə calayır?
Görəsən fələk nə sayır? 
Hələ bilmərəm, bilmərəm.

Kim bilmir ki, axı kimdik?
Gör gəlib kimlərə isindik?
Para yurdu çimdik-çimdik,
Bölə bilmərəm, bilmərəm.

Dədə Qorquddu, soyu var,
Baxma hicranın boyu var.

Xalqımın birlik toyu var,

Ölə bilmərəm, bilmərəm.

Bilmərəm

  Tapşırdın

 Göyçəni tərk etdin, göyçəli qardaş,
O zərlər zərini kimə tapşırdın?!
Bəs qoca Xusdubun qəlbində təlaş,
Dərdini-sərini kimə tapşırdın?!

Elə tərk etdin öz beşiyini,
Sənət beşiyini, söz beşiyini,
Bağının, bağçanın, ev-eşiyinin
Xeyrini-şərini kimə tapşırdin?


İtin ki uladı, ürəyim yandı,
Sinəmə hiddətin közü qalandı,
Başımda tüklərim biz-biz dayandı,
Bəs o çənbərini kimə tapşırdın?

Dərs alanlar gəlib dərs almış ondan,
Alını röyada gördüm pərişan,
"Halıma qalıbmı?"-dedi bir yanan,
O ərlər ərini kimə tapşırdın?!

Məftunam, yanıram mərdi-mərdanə,
Vətən həsrəti ilə qəlbən yanana.
Bunların hamısı qalsın bir yana,

                Ələsgər qəbrini kimə tapşırdın?!                

18 iyun 2013
GO BACK