Nizami babamın "Xəmsə" yazdığı
Sənət yuvasını istədi könlüm!
Zirvəsi görünməz uca dağların
Abı-havasını istədi könlüm!
İstərəm hüsnünə doyunca baxım,
Çoxdandır qoynuna dəymir ayağım,
Bir ovuc torpağı olub dayağım
Çöllər səfasını istədi könlüm!
Hardadır "Çinarım" öz "Yallı"sıyla,
Geyimli-keçimli, el havasıyla?
Yetirin Habili kamançasıyla
Bir bənd "Layla"sını istədi könlüm!
İlham, dolaşırsan bu gen dünyanı
Kimin var Müslümü, Bülbülü, Xanı?
Niyə susub sazı, Ədalət hanı?
"Kərəm yanğısı"nı istədi könlüm!
Brest, 15.03.2010