Qadin.NET / Sevgilim

Sevgilim

 

Sevgilim

 

Mən sənə vuruldum səni görəndən.

Dəyişdi həyatım özümü tapdım,

Sənin gözlərini eynək yerinə,

Taxıb gözlərimə cahana baxdım.

 

Sən evim eşiyim qismətim oldun.

Namusum qeyrətim ismətim oldun,

Cətin anlarımda mərd mətin oldun,

Balamın anası xanım sevgilim.

 

Sən ata anamın gəlin balası.

Gözəl körpəlarin şirin anası,

Başımın tacısan ömrüm mənası,

Sonalar sonası xanım sevgilim.

 

Sən başdan ayağa səbr dözümsən.

Dilimin əzbəri şirin sözümsən,

Mənim ürəyimsən mənim özümsən,

Ömrümün mənası xanım sevgilim.

 

Sən incə gülüşlü sözü mənalı.

Sən nəğməm musiqim şirin qəzəlim,

Gözəllar gözəli mənim gözəlim,

Əlimin xınası xanım sevgilim.

 

Hər zaman köməksən dayaqsan mənə.

Dünənə bu günə borcluyam sənə,

İstərəm tezliklə olasan nənə,

Analar anası xanım sevgilim.

 

Sən şöhrətim oldun şərəfim oldun.

Sən sevincim oldun fərahim oldun,

Sənin sayəndə hər şeyim oldu,

Canıma yanası xanım sevgilim. 

 

Sevgilim

 

Hələ sənsiz

Hələ sənsiz necə gündü,

Hər günüm işgəncə oldu,

Söndü icimdəki o həyat eşqi,

Sənsiz qalmaq necə mümkündü.

 

Dözmürəm, bilirəm ki,

Sevgimə təslim oldui iradəm,

Bir fikir var edir dəlii məni

Qorxuram səni itirəm əbədi.

 

Barışmaram ayrılıqla mən belə,

Çırpınır ürəyim sən deyə deyə,

Dön geri mənə necə olsa da,

 Gəlişin mənə ən böyük hədiyyə.

 

                                                                       

21 may 2013
GO BACK