Qəlbimdə sevgini duymayan insan,
Elə bir gün gələr, oyanacaqsan.
İçində boşluğu duyduğun zaman,
Özünü, zamanı qınayacaqsan.
Elə bir gün gələr, oyanacaqsan.
İçində boşluğu duyduğun zaman,
Özünü, zamanı qınayacaqsan.
Bax, onda axtarar məni gözlərin,
Zamanı geriyə qaytarmaz həyat.
Artıq bir xatirə olmuş izlərim,
Köz olub yandırar səni nəhayət.
Zamanı geriyə qaytarmaz həyat.
Artıq bir xatirə olmuş izlərim,
Köz olub yandırar səni nəhayət.
O zaman qəlbində qalxan fırtına,
Səni qərq edəcək kədərə, qəmə
Səni kədər dolu bu həyatına,
Qınayıb da məni, sən atdın demə...
Səni qərq edəcək kədərə, qəmə
Səni kədər dolu bu həyatına,
Qınayıb da məni, sən atdın demə...
Yaşarar gözlərin, ağlayar qəlbin,
Qayıtmaz o günlər, qayıtmaram mən.
Əgər oynarsa o yatmış sevgin
Bil ki çiçəklərə qərq olmusam mən.
Əgər oynarsa o yatmış sevgin
Bil ki çiçəklərə qərq olmusam mən.
Artıq saf sevgiylə dolu yerdəyəm,
Uçuram göylərdə qanadlı quş tək.
Səndən o sevgini duymasam da mən,
Ilahi sevgiyə qovuşdum gül tək.
Uçuram göylərdə qanadlı quş tək.
Səndən o sevgini duymasam da mən,
Ilahi sevgiyə qovuşdum gül tək.
Əzimova Gül
[/hide]