Qadin.NET / Qayıdıram, ay ana!

Qayıdıram, ay ana!

Qayıdıram, ay ana!

Qar ələndi saçlarıma.

Qəbrin üstdə çökdü dizim.

Daş asıldı qıçlarıma,

Zülmət oldu ağlar gözüm.

 ***

 Yuxu sandım, inanmadım

 "Hanı anam?"- hey soruşdum.

Qəsdən qalxıb, oyanmadım.

Yastıq üstdə halsız düşdüm.

*** 

Öz əlinlə düzəltmişdin.

Hərarətin duyulurdu.

Mənim üçün gizlətmişdin.

Qəlb yanırdı, göz soyurdu.

 ***

Nə az imiş göz yaşları.

İnsan necə toxtayarmış.

Qucaqlayıb boz daşları.

Xəyallarda axtararmış.

 ***

Axtararam gizli-gizli

Bacılarda nişanələr.

Biri sən tək ala gözlü.

Biri sən tək şirin, gülər.

*** 

Hərəsi bir təsəllidir

Elə bil ki, rəssammışsan.

Xəyal dolu dünyamıza

Neçə naxış calamısan?

 ***

Qardaş verdin, payın şirin.

Tək deyiləm bu dünyada.

Anlamıram, nəymiş sirrin.

Çatmadıq  bu murada.

*** 

 Təzə daddın nübarını.

"Nəvə" adlı var-dövlətin.

Əllərinin qabarını

Sandın rəmzi səadətin.

 ***

Yola saldın payız günü

Payız günü qayıdıram.

Unutmaram öyüdünü.

Dedin "Sənə inanıram".

 ***

Qayıdıram nəfəsini

Ocağından almaq üçün.

Əziz, şirin, şən səsinin

Sədaçısı olmaq üçün.

 

18.09.2011, Brest. 

19 aprel 2013
GO BACK