Qadin.NET / Sən də günahkarsan mən də günahkar

Sən də günahkarsan mən də günahkar

Sən də günahkarsan mən də günahkar

Daşa   dəymiş   bu   taleyə   qismətə,

Sən də günahkarsan mən də günahkar.

Təkcə mənmi   layiqəm   bu   nifrətə?

Sən də günahkarsan mən də günahkar.

 *****

Eşqinlə bir   daha   məni    sınama,

Yenə də duz tökmə mənim  yarama.

Nə olar  bu   qədər   məni   qınama,

Sən də günahkarsan mən də günahkar.

***** 

Niyə o  zamanlar   dərdi   bölmədik,

Niyə  danışmadıq   niyə   gülmədik.

Demişdik   ölərik   amma   ölmədik,

Sən də günahkarsan mən də günahkar.

***** 

Bilmədik ki,  nədir  bu  eşqin  sonu,

Qismətin     olmadı    gəlinlik     donu.

Anarsa    həmişə    deyəcək    bunu,

Sən də günahkarsan mən də günahkar.

Müəllif: Anar Məmişov 

18 dekabr 2010
GO BACK