Qadin.NET / Sevgilim

Sevgilim

Sevgilim

 

Mən sənsiz nə edim bilmirəm, inan.

Gözlərimin yaşı qurumaz bir an.

Sonsuz bir kədər mənimdir inan,

Sən mənim dərdimi bilən deyilsən.

 

Gəlib göz yaşlarımı silsən sevgilim,

Sonsuz kədərimi alsan sevglim,

Bu sənsiz dünyadan məni alaraq,

Sənli bir dünyaya salsan sevgilim.

 

İnsan sevdiyini tez-tez üzəndə,

Saf sevgisini qəlbdən siləndə,

Sənsiz göz yaşlarım selə dönəndə,

Sən mənsiz neylərdin? Söylə sevgilim.

 

Sevgilim

 

Biz inanırıq sevgimizə,

Qayıtmarıq pis günümüzə.

And içirəm sevgimizə

Vəfasız olmaram, sevgilim.

 

Gəl heç üzməyək bir-birimizi,

Qəlbimizdən silməyək saf sevgimizi.

Yaşadaq uşaqlıq sevgimizi

Sevgi dolu bir dünyamiz olsun, sevgilim!

 

Müəllif: Leyla.R.R

24 iyul 2013
GO BACK