Qadin.NET / Gəl indidən unut məni, sevmə sən

Gəl indidən unut məni, sevmə sən

Gəl indidən unut məni, sevmə sən

 

Əgər məni sona qədər sevməsən,

Unudub başqasına ürək verərsən,

Sevgimizi bir heç bilib gedərsən,

Gəl indidən unut məni, sevmə sən.

 

Yenə məni gözü yaşlı qoyarsan,

Ümidimi puç eyləyib yox olsan,

Susub əgər hec bir səbəb tapmasan,

Gəl indidən unut məni, sevmə sən.

 

Bilirsən ki, yalnız səni sevmişəm,

Bu eşq üçün mən hər şeyi etmişəm,

Sənin üçün hər əzaba dözmüşəm,

Ayrılarsan gəl indidən sevmə sən.

 

Yenə məni incitməksə məqsədin,

Bil, sevgi yolunu səninlə keçdim,

Əgər yenə ayrılmaqdırsa fikrin,

Gəl indidən unut məni, sevmə sən.

 

Gəl indidən unut məni, sevmə sən

 

Unutma, bu gözlər heç yalan demir

 

 Bax gözlərimə oxu sözləri,

 Oxu! qəlbimdəki bu sevgi bitmir.

 Görürsən acını, qəmi ,kədəri,

 Unutma, bu gözlər heç yalan demir.

 

 Uyub sevdasına könül verdiyim,

 Həyatım, ürəyim ,canım dediyim.

 Sevgisi uğrunda əzab çəkdiyim,

 Unutma bu gözlər heç yalan demir.

 

 Getdin uzaqlara sənsizəm indi,

 Yanan ürəyimi heç kimsə bilmir.

 Gördün gözümdəki dərin sevgimi,

 Unutma bu gözlər heç yalan demir.

17 iyun 2013
GO BACK