Bir ixtiyarı gördüm:
"Ağsaqqal, aşk hardadır?"
Əli ilə göstərdi:
“Yer gök aşk”.
Məndə şeytan tükümü?
Azaltdılar yükümü,
Şükür sənə, İlahi,
Bitdi “Yaprak dökümü”.
Atım var, adı Qırat,
Sənə at deyirəm, at,
Nə vaxt başlayacaqdı?
Bu gün “Sakarya fırat”?
Ürəyimizi açarkən,
Günəş kimi saçarkən,
Möhkəm yağmura düşdük.
Biz “Yağmurdan kaçarken”.
Çağırdım: "Ay uşaqlar!
Hara “Arka sokaklar”?
Biri mənə dedi ki,
“Arka Sıradakılar”.
Yox bir dənə daydayı,
Saxlatdı məni "QAİ".
Salmışdılar içəri,
Çıxartdı “ Karadayı”.
Salamladım sizləri,
Görmədim heç əlləri,
Tornado yalan oldu,
Varkən “Kavak yelləri”.
Durdu damarda qanım,
Əldən getmişdi canım.
Yuxuda görürəm ki,
Mənimdi “Dila hanım”.
Eltun yenə alıb ilham,
Yandırıb bir dənə də şam,
Şeiri adına çıxandan,
Alacağam “İntikam”.
Eltun_Zahidoglu
04.04.2013