Qadin.NET / Mənim sevgi hekayəm

Mənim sevgi hekayəm

Mənim sevgi hekayəm

 Sevgi ülvidir, müqəddəsdir,

Sevgi danılmaz bir hissdir,

Sevgi sevənin qismətidir

Deyərdilər, eşidərdim əvvəllər.

 

Bu sözlər yad idi o anlar mənə

Bu hisslər uzaqdı o günlər mənə,

Sevmək istəyirdim, sevə bilmirdim

Qəlbimə yaxın şəxs tapa bilmirdim.

 

Günlərin bir günü bu ülvi hisslər

 Döydü qəlbimin sevgi qapısını,

Sevdim, sevginin dadını bildim

Acılı-şirinli uzun yol keçdim.

 

Sevdiyim şəxs məndən uzaqda,

Gözlərim qalmışdı hər an yollarda.

Zəngini gözlərdim hər an, hər saniyə,

Zəng gəlmədikdəsə düşərdim qəmə.

 

Bu sevgi o qədər dərin idi ki,

Telefonun zəngini eşidən zaman

O an bilərdim, odur ay aman!

Səsini eşidib duyduğum zaman,

Sağalardı qəlbimdə o həsrət, yaram.

 

Hələ görüşləri deməyirəm mən,

Ondan başqasını görməyirəm mən.

Hər görüş həyəcanlı ilk görüş kimi

Əsərdi əllərim, titrərdi qəlbim.

Ayaqlar güc ilə tab gətirərdi,

Gözlərim hey onu görmək istərdi.

 

Hər görüş həyatıma qızıl hərflərlə

Xoşbəxtlik, səadət həkk edərdilər.

O zaman dünyada ən xoşbəxt qadın,

Bunun üçün minnətdaram sənə, Allahım.

 

Bəzən bütün sevənlər kimi

Sadə bir şey üstə dalaşardıq da,

O zaman başlardı qara günlərim

Dünyam qaralardı, qəlbim ağlardı.

Gözlərim yaş töküb elə hey ağlardı,

Çox keçməz onunla barışardıq da,

Etdiyimiz səhv üçün peşman olardıq.

Beləcə günlər, həftələr keçdi,

Toy üçün müvafiq bir gün seçildi.

Axır ki qovuşduq bir-birimizə,

Xoşbəxtlik gəldi günlərimizə.

Artıq neçə ildir evlənmişik biz,

Xoşbəxtlik, səadət dilər qəlbimiz.

Uca tanrıdan ən böyük diləyimiz

Bu həyat yolunu bir yerdə keçək,

Son nəfəsədək bir yerdə olaq.

                             Müəllif: Deniz84

14 may 2013
GO BACK