Neçə vaxtdır heyf səni görmürəm,
Dərd-qəmimi mən səninlə bölmürəm,
Həsrət nə vaxt bitəcəkdir bilmirəm,
Səndən ayrı darıxıram, sevgilim.
Ayrılıq çətindir, bu hicran sıxır məni,
Şəklinə baxıram, bir qəhər boğur məni,
Gəl sən də çalış ki, üzmə qəlbimi,
Səndən ayrı darıxıram, sevgilim.
Bu sevgini mən həyatım bilmişəm,
Hər əzaba sənin üçün dözmüşəm,
Sənsizlikdən yorulmuşam, bezmişəm,
Səndən ayrı darıxıram, sevgilim.
Tanrı birgə yazsın taleyimizi,
Yaşadaq daima biz sevgimizi,
Çalışaq qırmayaq qəlblərimizi.
Səndən ayrı darıxıram, sevgilim.