ATA
Həsrətə ,möhnətə çox sinə gərdin,
Nur idi hər ötən səhərin, Ata!
Fikrinlə, hisinlə fövqəlbəşərdin.
Şirin öyüdlərdi bəhərin, Ata!
Tükənmək bilməzdi arasi, ardı,
Köksündə elə bil dəfinə vardı.
Zərif duyğularla qanadlanardı
Sənin söz köhlənin ,kəhərin, Ata!
Ğörüşdük,titrəyiş vardı səsində,
Dözürdün ağrının məngənəsində.
Səni görmədim mən o həvəsində,
Nədənsə yox idi təhərin Ata !
Həyat gözlərimdə yox oldu,getdi,
Coşğun dəniz idim,bu qəm kiritdi.
Bütün varlığımı,tarımar etdi,
Sənin o xiffətin,qəhərin Ata!
Tale neçin verdi belə bir hökum,
Ümidim, pənahım kim olacaq,kim?
Yollara nə qədər axı göz dikim?
Yaman uzun oldu səfərin,Ata!
Asif Asimandan.