Gəzəcəksən
özünü aşiq sansan da sən
yarından çox sevdin canını
bilmədin qədrimi bilmədin
sevda qatili oldun sonda
***
həsrətə dönülməz yol çəkdin
eşqin oduna yanma daha
soyuq ölkəydim köçər quşdun
donsan da istimə dönmə daha
***
tutmadın sözünü dəyişdin
həm məni həm səni aldatdın
yoxsa böyük günahmı sayıb
pak sevgini boynundan atdın
***
amma məni axtaracaqsan
tapmayacaqsan sınacaqsan
qalxdığın hicran zirvəsidi
ucalmayacaq enəcəksən...
Səkinə İlyasqızı