Qadin.NET / Gəlinlərə aid bayatılar

Gəlinlərə aid bayatılar

Gəlinlərə aid bayatılar

 

Gəlin var nəs deyəndi,

 Gəlin var pis deyəndi.

Gəlinimə qurban olum,

Oğlumu istəyəndi.     

***

Yar, gül taxım telinə,

Əlin vurub belinə.   

Qoy sağ olsun qaynata,

Hörmət elər gəlinə.  

***

 

Ay gəlin, sənə qurban,

Dolan gəl dərə, qurban.

Qardaş evi yaxşıdır,   

Yenə də ərə qurban.  

***

Gəlin, diləkli gəlin.     

Ceyran ürəkli gəlin.  

Xəmir yoğur, çörək yap,

Ay şir biləkli gəlin.      

***

Ay gəlin, gözüm gəlin.

İşlərəm özüm gəlin.

Neyləsin qaynanası,

Tənbəldir bizim gəlin. 

***

Ay gəlin, çiçək gəlin,

Gözləri göyçək gəlin.

Sən mənə bax, mən sənə,

Bu yoldan keçək gəlin. 

 

Gəlinlərə aid bayatılar

 

***

Gəlin bir aş bişirdi.

Gözündə yaş bişirdi.

Bütün günü işlədi,

Elə bil daş bişirdi.

***

Qızıldır dişin sənin,

Müşküldür işin sənin.

Niyə səntək gözəli,

 Sevməyir kişin, gəlin?

***

Oğlum, əldə saz gətir,

İşvə apar, naz gətir.

Qışda adaxlanmısan,

Gəlinimi yazda gətir.

***

Dur ayağa qız, gəlin,

Tellərini düz, gəlin.

Toyçulara gəl yaxın,

   Düş ortaya süz, gəlin.

2 aprel 2013
GO BACK