Qadin.NET / Sən mənim yanımda olduğun zaman

Sən mənim yanımda olduğun zaman

 

Sən mənim yanımda olduğun zaman

 

Həyat mənalıdır, həyat gözəldir,

Sən mənim yanımda olduğun zaman.

 Qara zəhəri də baldan şirindir,

 Sən mənim yanımda olduğun zaman.

 

Günəş də, göy də par-par parlayır,

Çaylar məcrasına sanki sığmayır,

Dənizdə ləpələr hər an çağlayır,

Sən mənim yanımda olduğun zaman.

 

Qışın soyuğunda üşümürəm mən,

Onun soyuğunu da çox sevirəm mən.

Qara-çovğuna tab gətirirəm mən,

Sən mənim yanımda olduğun zaman.

 

Keçilməz dənizlər keçərəm inan,

Sıldırım qayalar yararam inan,

Aşılmaz dağlar aşaram inan,

Sən mənim yanımda olduğun zaman.

 

Dözərəm talehin hər sınağına,

Qalib gələrəm hər oyununa.

Ağlamaram vurduğu bir qamçısına,

Sən mənim yanımda olduğun zaman.

 

Bülbüllər oxuyur qızılgül üçün,

Bağrını qan edir sevgisi üçün,

Narahat olmuram həyatım üçün,

Sən mənim yanımda olduğun zaman.

 

Tanrıdan diləməyə dilək tapmaram,

Həmin dəqiqəni günə satmaram.

Həyata biganə heç vaxt qalmaram,

Sən mənim yanında olduğun zaman.

 

 

Müəllif: Deniz84

26 mart 2013
GO BACK