Bir gün tək qoyub getdin sən məni.
Ağladım hər zaman gözlədim səni,
Sən məni hər zaman axtaracaqsan.
Dağa çıxacaqsan gül görəcəksən,
Yaylağa enərkən su içəcəksən,
Güldə də, suda da məni görəcəksən,
Sən məni hər zaman axtaracaqsan.
Gündüzlər yadına mən düşəcəyəm,
Gecələr yuxuna mən gələcəyəm,
Mən səni hər zaman çox sevəcəyəm
Sən məni hər zaman axtaracaqsan.
İnsanı yaşadan sonlu nəfəsdir.
Ürəyi döyündürən bir məhəbbətdir.
Mənsiz nəfəsin kəsiləcəkdir,
Sən məni hər zaman axtaracaqsan.