Sənin hicranına nə qədər dözüm?
Qalmayıb taqətim, tükənib gücüm
Süzgün gözlərinə qurbanam özüm
Yandırma qəlbimi odlu baxışla,
Yalvarıram daha məni bağışla.
Hava soyuq şaxta, sazaq var yaman
Məni geri qoyub hey ötür zaman
Bir göyə bax! Yağış yağır, ay aman
Qayıt mənə göydən yağan yağışla,
Yalvarıram daha məni bağışla.
Yuxum gözlərimdən ərşə çəkilir,
Qəlbimdə dərd adlı saray tikilir,
Yaşlanıram qəd-qamətim bükülür,
Bəzək vur ömrümə rəngli naxışla,
Yalvarıram daha məni bağışla.
Röyalə Əsədova