Bir zaman deyirdin sevirəm səni,
Mənə vəd etdiyin o sözlər hanı?
O incə ruhlu, dərin mənalı
Mənə vəd etdiyin o sevgi hanı?
O vədlər gözəldi inandım həmən
O sözlər şirindi inanmışdım mən.
Deyirdim qəlbimin şah tacı sənsən
Mənə vəd etdiyin o taxt-tac hanı?
O ümid verən gözəl vədlərin,
O qəlb oxşayan şirin sözlərin,
Sevirmiş tək baxan yalan gözlərin,
Əlimi titrədən o əllər hanı?
Sənin ki qəlbin yox, neynirsən adı?
Sənə qəlbimdəcə tutacam yası.
Sənin üçün yoxdur həyatın dadı,
Sənə inandığım o günlər hanı?
Müəllif: Dəniz84