Qadin.NET / Səbr vermə bizə, Allah

Səbr vermə bizə, Allah

Xocalının bulağı qan,

Qara geyib, sökülməz dan,
Bir gecədə oldu talan
Səbr vermə bizə, Allah.

Qar üstünə səpələndi,
Meyidlərim didələndi,
Əli yalın güllələndi
Səbi vermə bizə, Allah.

Körpələrin bağrı deşik,
Bom-boş qaldı körpə beşik,
Yandı, yaxıldı ev-eşik,
Səbi vermə bizə Allah.

Yurd, yuvadan qovuldular,
Gəlin, qız əsir oldular,
 Namus, qeyrəti boğdular
Səbi vermə bizə, Allah.

Mübariztək qəhrəmanlar 
Yetişdirib ər analar.
Vətən darda, haraylayar
Səbr vermə bizə, Allah.
27 fevral 2013
GO BACK