Qadin.NET / Məni qollarında öldür,dəfn elə!

Məni qollarında öldür,dəfn elə!

Məni qollarında öldür,dəfn elə!

Bir gül dərdim səni görüb utansın,

Yatmış hissim alovlansın,odlansın.

Ayaqlarım son qapında dayansın.

Məni qollarında öldür,dəfn elə.

 

Gəl gizlətmə məndən o xoş camalı,

Günüm keçir eyləməklə xəyalı,

Mənə danış "gizli sevgi" masalı.

Məni qollarında öldür,dəfn elə.

 

Yazılmamış bir vərəqəm, yaz məni,

Söyləmişdin gözləyərsən yaz məni,

Əgər sevirsənsə sən bir az məni,

Məni qollarında öldür, dəfn elə.

 

Həyat nağıl,nağıla bel bağladım,

Ürəyimi parçaladım,dağladım,

Gizlin-gizlin dünya qədər ağladım.

Məni qollarında öldür,dəfn elə.

 

Təki aramızda sərhəd çay olsun,

Sərt qış getsin,bahar olsun,yay olsun.

Söndür lampaları,təkcə ay olsun.

Məni qollarında öldür,dəfn elə.


23 fevral 2013
GO BACK