Qadin.NET / Eyləyən olur

Eyləyən olur

Eyləyən olur

 

Külək gəlib bu dövrə əsməyibdi,

Kasıb olan şəxsini əyməyibdi,

Adam var ki, hələ də ət yeməyibdi,

Bu il yeyib nübar eyləyən olur.

 

Dövr, zaman elə eləyib insanı,

Həyatda intihar eyləyən olur.

 

Adam var ki, zəhər yağır qanından,

Adam da var, ruhu çıxır canından,

Adam da var, daha ölür acından,

Gündə bir dəfə nahar eyləyən olur.

 

Dövr, zaman elə eləyib insanı,

Həyatda intihar eyləyən olur.

 

Fəhləyə bax əl-ayağı çapıqdı,

Ev divarı hasar deyil, qabıqdı,

Yaşamayır, qapı-bacası açıqdı,

Qamış çəkib hasr eyləyən olur.

 

Dövr, zaman elə eləyib insanı,

Həyatda intihar eyləyən olur.

 

Qalmayıbdı abır, həya, qanacaq,

Kimi öləcək, kimi bir cür qalacaq,

Qış gəlibdi, hələ yoxdu yanacaq,

Qışda qışın bahar eyləyən olur.

 

Dövr, zaman elə eləyib insanı,

Həyatda intihar eyləyən olur.

 

 

Adam var ki, çəkməyir heç əziyyət,

Hamı bilsin budur, doğru vəziyyət,

Əgər olsa bir dənə xoş cəmiyyət,

Qarışdırıb bazar eyləyən olur.


 Kimisi rahat, kimisi çox sınaqlıdır,

Bax, bu dərdə azar eyləyən olur.

Əhmədov Kamil

 

7 mart 2013
GO BACK