Qadin.NET / Ana dilim

Ana dilim

 

Ana dilim

 


Bu Dildə


Azəri dilinə qurban olum mən

Mənə layla çalıb anam bu dildə

Bir dəfə ah çəkib uf deyərəmmi

Yüz dəfə alışıb yanam bu dildə.

 

Gözlərimin biri quru biri nəm

Ta qoymayın ürəyimlə sürünəm

Bülbül təki nəğmələrə bürünəm

Sahildən-sahilə qonam bu dildə

 

Qəriblik salıbdı saçlarıma dən

Ürəyimdə vətən, dilimdə vətən

Yad yerdə yüz yerdən əyilincə mən

Polad tək bir yerdən sinam bu dildə

 

Sücaətəm bu dil səadətimdir

Bu dilsiz şeriyyət vallah yetimdir

Bu dil mənim eşqim məhəbbətimdir

Bir “hə” pıçıldayıb sönəm bu dildə

 

Müəllif: 1993-cü ildə Kəlbəcərdən qaçqın düşən mərhum şair Sücaətdir

17 oktyabr 2010
GO BACK