Qadin.NET / Məhəbbətimin...

Məhəbbətimin...

 Məhəbbətimin...

  

Sənin  eşqin  uca,  həsrətin  uca,

Könül  sirdaşısan  məhəbbətimin.

Vüsal  zirvəsindən  möhnətin  uca,

Sən  yol  yoldaşısan  məhəbbətimin.

*** 

Sən  mənim  sultanım,  mən  sənə  kölə,

O  şahlıq  taxtına  sahibsən  hələ...

Mən  elə  bilirdim  bu  atəş  ilə 

Bir  nəhəg  daşısan  məhəbbətimin.

*** 

Taleyi  kəm  mənəm,  zaman  içində,

Çırpınıb  qalmışam  güman  içində.

Bir  ömür  qayığı  tufan  içində,

Səməndər  quşusan  məhəbbətimin.

*** 

Ay  Eldar,  eşqimə  baş  əyim – dedim,

Eşqimin  tacına  mələyim  dedim.

Sənə  iki  gözüm,  bəbəyim  dedim,

Gördüm  göz  yaşısan  məhəbbətimin…

 

Müəllif:  Eldar  İsmayıl.

 

12 fevral 2013
GO BACK