Qadin.NET / Qəmli bir mahnısan

Qəmli bir mahnısan

Qəmli bir mahnısan
Qəmli bir mahnısan hər an mənimçün.
 İnləyər könlümün titrək telləri.
Məhəbbət qalası tikdim səninçün.
Uçuşdu içində xəzan yelləri.

Həsrətin nə hala saldı, gör məni
Yoxluğun ölümdən betərmiş demə,
Qoy gözlər görməsin qəlbim çəkəni,
Xoşbəxtlik dilərkən bələnmiş qəmə.

Nə deyim, taleyin düyününə bax,
O keçən günlərə əlim çatmayır.
Xəyalın könlümün saçında daraq,
Oxşayır, dindirir, rahat qoymayır.
10 fevral 2013
GO BACK