Qadin.NET / Anaya qurban

Anaya qurban

Anaya qurban
Bu dünyada milyonlarla ana var,

Ana ləyaqətli anaya qurban.

Ana var ki, dünya qədər sevgisi.

Eşqə sədaqətli anaya qurban,

Ana ləyaqətli anaya qurban.

 

Ana var, günahı haqqından ağır,

Ana var ki, üz-gözündən nur yağır,

Ana var ki, yetən başına çıxır.

Nüşabə şöhrətli anaya  qurban,

Ana ləyaqətli anaya qurban.

 

Dövlətə, qızıla uyan ana var,

Doğma balasına qıyan ana var,

Uşağın töhmətdə qoyan ana var.

Namuslu, qeyrətli anaya qurban,

Ana ləyaqətli anaya qurban.

 

Məni qınamasın yaxşı analar,

Yaxşı, yaman qarşılıqlı analar,

Ey mələk tək yaraşıqlı analar,

Bax, belə ismətli anaya qurban

Ana ləyaqətli ana qurbuan.

 

Ana var, dilindən çəkərsən dara,

Ana var, üstündən çəkərsən qara.

Ana var, sadiqdir əhtə, ilqara.

Bir ana hörmətli anaya qurban

Ana ləyaqətli anaya qurban.

 

Dünya üzü analarla doludur,

Yaxşıları müqəddəsdir, uludur,

Kim yaxşıdır, Qəmkeş onun quludur,

Qadın təravətli anaya qurban,

Ana ləyaqətli anaya qurban.

 

Müəllif:Qəmkeş Allahverdi.

8 mart 2013
GO BACK