Yuxuma bir mələk gəldi bu axşam.
Dedi ki, ey insan, dinlə sözümü,
Duasız bağlama heç vaxt gözünü.
Qəlbində çağlarsa qəmin bulağı,
O zaman köməyə çağır ALLAHI!
Bilki yardımına yetəcək həmən,
Çünki rəhimlidir Qibleyi-Aləm!
Xoş anında belə minnətdarlıq et,
Onun buyurduğu haqq yolu ilə get!
Gözlərin onunçün ağlasın yalnız.
Bilki o buraxmaz bəndəsin yalqız.
İstəsən süfrəndə bol nemət olsun,
Halal zəhmət ilə qazanmaq gərək.
Zəhmətlə çoxalar bir tikə çörək!
Heç kəsi eyləmə yersiz məzəmmət
O zaman taparsan el içrə hörmət!
ALLAHI yaradan yoxdu dünyada,
O, bizi yaradıb eylədi əta.
Şeytan xislətlilər rast gəlsə sənə
Yalnızca arxalan uca Rəbbinə.
Çünki dayağıdır o, insanların,
Qəlbi ALLAHI ilə bir vuranların!!!
Müəllif:Günel.