Bayatılarımız gözəl Azərbaycanımızın lirik xalq şer janrıdır. Dörd misradan və yeddi hecadan ibarət olan bayatıların əsas fikri son qafiyələrdə aydınlaşır. Bayatıları hər mövzuda dilə gətirilib istər məhəbbət mövzusunda, istər zülmə qarşı, istər dostluğa, Vətənə və. s. Bayatılar hələ qədimdən folklorumuzun ən geniş yayılmış, sevilmiş janrıdır .Mən çox bayatıları əzbərdən bilirəm, hətta uşaqlara da onlardan layla kimi istifadə etmişəm. Bu gün xəbər hazırladığım bayatılar isə Təbriz bayatılarıdır. Xalq şairi Nəbi Xəzriyə məxsus olan bu bayatılar həsrətli Təbrizə həsr olunub.
Harayladım Təbrizi
Sıxdı hicran, dərd bizi.
Biz yuxuda görüşdük,
Ayırdı səhər bizi.
***
Qar yağıbdır dizəcən
Bu düzdən o düzəcən.
Qəlblərdə körpü olum,
Uzanım Təbrizəcən.
***
Hicran-kaman çalandı
İllər əsrə calandı.
Ha getdim Təbriz deyə.
Yollarım haçalandı.
Təbriz nağılım mənim
Əli çıraqlım mənim!
Sən ey yolların kimi
Qolları bağlım mənim.
***
Əzizim ay əzizim
Təbrizim, ay Təbrizim.
Qismətimiz görüş yox
Niyə hicrandır bizim?
***
Təbriz baharım, barım
Gül deyilsən qoparım.
Torpağından bir ovuc
Ver Gəncəyə aparım.
***
Çinarlar baş-başadır
Bu yer dahi yaşadır.
Xaqaniylə, Nizami
Bir vətəndə qoşadır!