Qadin.NET / Sən hardan biləsən

Sən hardan biləsən

 

 

Hər kəsin xəyalında təsvir etdiyi bir ideal obrazı var..

Amma çox nadir hallarda xeyal ilə gerçəklik toqquşur.

 

Hami eynidir, hətta bəziləri bunu məharətlə gizlətməyə çalışsalar da.

 

Bir bilsən bu gecə nələr düşündüm?!

- düşündüm özümü,öz hisslərimi,

yalnız  yuxuma gələn tək sevgilimi.

Bilirsən,

xəyalımda bir gecə rəsmini çəkdim,

Əvvəlcə seyr edirdim, sonra əridim.

Əridim mənə baxan o baxışından,

Asta yerişindən, dik duruşundan.

Bir görsən sən onu, onu tanısan

İnan mənim tək vurulacaqsan.

Heyran olacaqsan əsmər üzünə,

Ehtirasla baxan ala gözünə.

Həyəcan dogurur isti nəfəsi,

Cazibədar bədəni, o kobud səsi.

Uşaq tək saf olur onun gülüşü,

Bilirsən, nəyə dəyər onun öpüşü?!

Gah ata olur sənə,gah da ki, övlad

Xəyalda sevgilimdi,reallıqda yad.

 

      ***

Bir bilsən bu gecə nələr düşündüm.

Bütün gecəni yağan leysan yağışda

nələri eşitdim, nələri gördüm?

Yağış nələr dedi pıçıldayaraq?!

Dedi: Düzdü, xəyal gözəl olur

amma çalış ol oyaq

axi səni bu qədər sevib, qəlbini duyan,

Adi bir xəyaldır, gerçəkdə yox belə insan.

 

  ***

5 oktyabr 2010
GO BACK