Qadin.NET / Neynirəm?!

Neynirəm?!

 

Neynirəm?!

 


Sən getdin,elə bil dünya boşaldı

Yazda köçüb getdi,yeri boş qaldı
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurulmuşam,qışı neynirəm.


******
Eşqimi aparıb sən getdin demək
Eşqsiz bir dünya nəyimə gərək.
Soyuq daşa döndü,o gündın ürək
Sinəmdən asılan daşı neynirəm.


******
Həmişə ayrıyıq,gecə-gündüzük
Birimiz təpəyik,birimiz düzük.
Üstünün qaşıyla tanınar üzük
Əgər üzük yoxsa,qaşı neynirəm.


******
Niyə yaşayıram,mən niyə sənsiz,
Nə yerə baxıram,nə göyə sənsiz.
Mən ki,kor olmuşam hər şeyə sənsiz,
Kor gözün üstündə qaşı neynirəm?!

 

 

Müəllif : Bəxtiyar Vahabzadə

9 oktyabr 2010
GO BACK