Qadin.NET / Gəl qalaq beləcə,ikilikdə biz...

Gəl qalaq beləcə,ikilikdə biz...

Gəl qalaq beləcə,ikilikdə biz,

Qoy bizi yandırsın dəli məhəbbət.

Yağdır alov saçan baxışlarını

Neylərəm,bir təhər dözərəm əlbət.


Qalaq ikilikdə,qalaq beləcə,

Dayanım önündə etibar kimi.

Sonsuz nəvazişin öldürsün məni,

Əriyim ovcunda təzə qar kimi.


Xoş səsin,xoş sözün başımın üstdə

Heç vədə sönməyən çırağa dönsün.

Gözlərin gözümdə tapsın özünü,

Əllərin saçımda darağa dönsün.


Heç kimdən heç kimə şikayətim yox,

Məni yaşayadan da,öldürən də sən.

Görəsən özünün xəbərin varmı-

Məni yaşadırsan öldürəndə sən.....

 

(Müəllif:Əli Cəfərov)

 

 



4 oktyabr 2010
GO BACK