Qadin.NET / Tanrı buyurub bizə vacib qıl, ey Adəm, namazı

Tanrı buyurub bizə vacib qıl, ey Adəm, namazı

 

Edib hər dərdə səfa dehridə məlhəm namazı,

Pərvərdigar qəbul etməz ayələrdən pozanı,

Çünki əcrə aparır söz deyəni,söz yazanı,

İslamiyyətdə ən ilkin Bilal verib azanı,

Bu xoş avazdı edən bizlərə məhrəm namazı,

Tanrı  buyurub bizə vacib, qıl ey Adəm, namazı

 

Yusif eyləyib ibadət neçə il zirzəmidə,

Əl-Əmin Məkkədə çox qılıb namaz, Nuh gəmidə,

Həmi Yaqub,həmi Musa,həmi İsa, həmi də,

De yazıb İncilə qılmış necə Məryəm namazı,

Tanrı buyurub bizə vacib qıl, ey Adəm, namazı.

 

Namazla qulluq edib Allahına əlbət Əli,

Peysərindən vurulub xəncər ilə xəlvət Əli,

Yaralı halda qılıbdır namazın Həzrət Əli,

Batil etmək istəyibmiş Ibni Mulcəm namazı,

Tanrı  buyurub bizə vacib qıl, ey Adəm, namazı.

 

Yazılıb hətta bu Qurandan olan tərcümədə,

İmtahan vaxtı da baş verməli məhşər cümədə,

Sən də qoy qədəmini Allah evinə hər cümədə,

Əhli namaz ilə get məscidə qıl cəm namazı,

Tanrı buyurub bizə vacib qıl, ey Adəm, namazı.

 Ağa Maştağalı.

7 yanvar 2013
GO BACK