Qadin.NET / Ayrılıq nəğməsi

Ayrılıq nəğməsi

Ayrılıq nəğməsi

Yenə qəm dumanı bürüyür məni
Başına qar yağmış o dağlar kimi
Sənsiz gecələr də üşüdür məni
Donunu soyunmuş budaqlar kimi.

Vəfalı dost sözü dadıma çatır,
Ayrılıq nəğməsi qəlbəhüzn qatır,
Ağaran saçlarım günbəgün artır
Payızda saralan yarpaqlar kimi.

Sönüb eşqimizin odu, ocağı,
İndi buza dönüb yataq otağı.
Sənsiz yetiməm mən, ana qucağı
Əlindən alınmış uşaqlar kimi.

Nakam sevgimizi yaşayacağam,
Səni sevəcəyəm nə qədər sağam.
Qara gözlərinə hər an möhtacam 
Yayda kölgə salan qovaqlar kimi.
30 sentyabr 2010
GO BACK