Qadin.NET / Baharsız ömür

Baharsız ömür

Baharsız ömür


Yenə kövrəlmişəm, yenə dolmuşam

Elə bil çırpınan yaralı quşam

Qəhər boğur məni bu necə işdi?

Qışın gəlişiylə sanki solmuşam.

 

Bu isti qəlbimə soyuq qar yağır

Ruhumu elə bil bədəndən alır

Bir gör mən nə qədər acizləşmişəm

Həyat özü məni gözündən salır.

 

Yenə öz-özümlə tənha qalmışam

Sənsiz yorğun xəyallara dalmışam

Elə bil bir zaman həyat eşqiylə

Yaşayan Röyalə mən olmamışam.

 

Qoy yenə bahar gəlsin

Ömrümüzü bəzəsin

İçimdə ölüb qalmış

Ruhumu təzələsin.

 

Müəllif: Röyalə Əsədova

17 yanvar 2013
GO BACK