Qadin.NET / Hüseynin vidası

Hüseynin vidası

Hüseynin vidası

 

Burası Kərbəladır,

İsti bir çöl,neçə çadır.

Körpələr susuz ağlayır,

Analar ağı ağlayır.

Mövla Hüseyn,mövla Hüseyn.

Hüseynin vidası

İndi qiyamət qopacaq,

Ümmət imamsız qalacaq,

İman etmiş ürəklərdə

İndi bir tufan qopacaq,

      Mövla Hüseyn,mövla Hüseyn

 

İndi Mecnun Leylasından,

İndi pərvanə şamından

Və Zeynəb can nigarından,

Vida edib ayrılacaq.

Mövla Hüseyn,mövla Hüseyn

Hüseynin vidası

Tarixdə ən həzin səhnə,

Budur Hüseynin vidası,

Yara dolu ürəyində

Zeynəbin dinməz yarası.

Mövla Hüseyn,mövla Hüseyn

 

Mən gedirəm meydana,

Düşmən ilə vuruşmağa,

Cəddimin dini uğruna,

Öz qanıma bulanmağa,

Əlvida Zeynəb,əlvida

 

Bacı,mən şəhid olunca

Çox döyünüb də ağlama!

Səbrin çox olsun bacı,

Əmanət qalın Allaha!

Əlvida Zeynəb,əlvida.

 

Zeynəb,bu susuz balalar,

Balası ölmüş analar

Sənə əmanətim bacı,

Ağlama çox,sızlama çox!

Əlvida Zeynəb,əlvida

Hüseynin vidası

Acılar anası Zeynəb,

Həzin baxdı qardaşına,

“Ey Peyğəmbərlər varisi,

Qəlbimin son təsəllisi,

Qardaş Hüseyn,qardaş Hüseyn

 

Gücüm yox,qırıldı belim,

Get,deməyə gəlməz dilim,

Qardaş getmə,bir daha dön.

Son dəfə görüm nur üzün,

Qardaş Hüseyn,qardaş Hüseyn

 

Gözlərim arxandan baxar,

İçim yanar, yanar, yanar,

Gözümdə yaşlar qurudu,

Qəlbim sızlar,sızlar,sızlar.

Qardaş Hüseyn,qardaş Hüseyn

 

Kiçicik qızı Səkinə,

Qaçaraq gəldi Hüseynə,

Açdı kiçik qollarını

Sarıldı ayaqlarına

Getmə ata,getmə ata!

Hüseynin vidası 

Ata,nə olar getmə

Bizləri kimsəsiz etmə

Götür bizi Mədinəyə,

Düşmənlərə əsir etmə,

Getmə ata,getmə ata!

 

Bütün körpələrlə ata,

Söz veririk biz sənə

Biz artıq su istəmərik,

“su” deyib səni üzmərik.

Getmə ata,getmə ata!

 

Ardı var 

 

 Müəllif:Ersan Baydemir

11 yanvar 2013
GO BACK