Qadin.NET / Məhəmmədhüseyn Şəhriyar

Məhəmmədhüseyn Şəhriyar

 

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı ildə Tehran yaxınlığındakı Xoşginab kəndində dünyaya göz açmışdır.Şəhriyar ərəb-fars dillərini hələ uşaqkən çox gözəl bilirdi.O,orta məktəbi bitirdikdən sonra tibb fakultəsində təhsil alıb,lakin təhsilini başa catdırmamışdır.
Biz hamımız bu böyük şəxsiyyəti "Heydərbabaya salam"poeması ilə daha yaxından tanımışıq.Mən orta məktəbdə oxuyanda Shəhriyarı "Azərbaycan" şeri ilə daha çox sevmişəm,hətta yadımdadır bu şerdən yaxşi qiymət almışdım.Şeirin bu bəndi mənə həmişə  çox pis təsir edirdi:
Bəsdir fəraq odlarından,kül ələndi başımıza
Dur ayağa!Ya azad ol,ya tamam yan,AZƏRBAYCAN!

Şəhriyarin ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır sənə məlhəm,mənə dərman AZƏRBAYCAN!

1988-ci ildə Məhəmmədhüseyn Şəhriyar Təbrizdə vəfat edmişdir.O gündən bu günə qədər onun ölüm gününü Təbrizdə "Şer günü"kimi qeyd edirlər.Mən bu gün sizlərə sevimli şairimizin anasına yazdığı bir şeri təqdim etmək istəyiram.Bilirəm ki,sizlərdə bu şeri oxuyanda mənim tək şairimizin halına acıyacaqsınız.Buyurun oxuyun:


Göz süküti əbədilə yatmışdı,o alagöz oyanmadı ki,
Mənim bəxtimi min kərə oyatmışdı.
Daha kirpiklərin olub neştər
Yaramın gözməsin qopartmışdı.
Səni verdim Behişti-Zəhrayə
Mənə mövla əlin uzatmışdı.
Sən nə yaxşı eşitmədin balalar,
"Ana vay" naləsin ucalmışdı.
Ürəyi doğranan anan mələdi,
Dünya zəhrin ona yalatmışdı.
Sən bahar etdiyin çəməndə xəzan
Hər nə gül,qönçə var sozaltmışdı.
Nə yaman yerdə koçdü karvanımız
Nə yeyin yük yapım da çatmışdı?
Qırxa sən yetmədin cavan getdin,
Mən gedəydim ki,yeddim altmışdı.
Qoca vaxtımda bu qara baxtım
Məni gül tək bəlaya satmışdı.
    *************
Dağ küçə məhəlləsində bir kişinin evi var,
O,Allahı tanıyar,Allah onu tanıyar.
Onu hər kəs salamlar o,salamlar hər kəsi
Evinin hər günəşi  haqq-ədalət mərkəzi
Bütün varı dövləti yoxsulların,acların
Nəvazişə,sevincə çörəyə möhtacların.
Burda qapılar açiq,burda süfrələr açıq
Gəl ayağı çarıxlı keç yuxarı başa cıx.
Güldən ağır söz deməz,gülüşlərlə qarşılar
Şüalara bənzəyir alnindakı qırışlar.
Ürəyimdə qaynayan əbədi ilhamdır o!
Mənim öz Atamdır o...
*************
Halal gəliri vardı,heyhat dərd də çox idi
Öləndə bircə illik xərcliyimiz yox idi.
O,öləndə gözlərdən nə qədər yaş süzüldü
Onun varı,dövləti,məhəbbəti,hörməti
Sonsuz mirvarilər tek kirpiklərə düzüldü.
Arxasınca hələ dəah çəkir el sinəsi
Bir rəhmət qafiləsi,məhəbbət qafiləsi.
Mənim anam elə bir atanın yadigarı,
Heyhat söndü o,işıq döndü dünya zindana
Xeyr!Ölməyibdir o,eşidirəm səsini
Üşüyəndə duyuram yenə od nəfəsini.
Görürəm vermiş yenə uşaqlarla baş-başa
Yenə duz tökür aşa Nahid kiri,Bijen keç
Çəkil bir az kənara.
Kəfkiri qoy yerinə,əl-ayağa az dolaş
Yenə fikrində xəstə,yenə  də səbzəli aş
O,atamın yanında torpağa tapşırıldı.
********
-Gəldi qohum əqrəba baş sağlığı verdilər.
Dodaqlarda cümlələr kəlmə-kəlmə qırıldı
Göz yaşına qarışdı təsəllilər,ümidlər
Yaxşı xətm tutuldu qəmli,ələmli,məhzun
Zəhmət çəkib gələnlər,lütfünüz artıq olsunş
Ürəyimi yandırır,göynədir ana dərdi
Mən anamı istədim,onlar təsəlli verdi.
Bəs o,kimdir yorğanı yenə üstümə çəkdi?
Yenə gecə yarısı stəkana su tökdü.
Qızdırmanın içində başım bədənim  yanır.
Qorxulu bir yuxudan mən yenə də oyanıb
Gözlərimi açanda yenə görürəm onu,
Ayagımın  ucunda yalqız oturduğunu.
Bu gecə sübhə yaxın o,yenə gəldi asta
Yenə barmağı üstdə,yenə qulağı səsdə.
Yenə öz Allahıyla nəzir-niyaz edirdi 
O,ahəstə-ahəstə.
Xeyr ölməyib anam,yaşayır köksüm üstdə
Nə qədər ki,mən sağam,anam da sagdır mənim
**********
 Yaşayacaq qəmimdə,pərişan gülüşümdə,
Bir sözünü yad edib,qırılan gülüşümdə.
Onun südündən əmdim,mən şairlik təbimi.
Həyatımı,ömrümü,ilhamımı,qəlbimi.
Bir şairə döndərən,bir məşələ döndərən
Anam oldu.
Anamdır mənə hər şeyi verən
O,mənim məbədimdir,ölməzdir,əbədidir.
Heç ölərmi söyləyin sual verin cahana
Şəhriyarı yetirən şir urekli bir ANA?
O,sevgidən yoğrulmuş,yanan qaynar bir ürək
Hara getsəm könlümdə mənimlə bir gedəcək.
Heç bilsən bir vaxt mənə nələr demiş o,
Həqiqəti söyləmiş,əfsanələr demiş o.
Onun nağıllarıyla qanadlanmış xəyalım
Bayatılar,laylalar,təranələr demiş o,
Beşiyimin başında gah gülmüş,gah ağlamış
Qundağımın bağını nəğmələrlə bağlamış
Mənim eşqim,ilhamım hər nəyim var onundur.
Bu qəmlər,bu ələmlər,bu misralar,onundur.
Mən yazmıram bəlkə də yazır indi bu şeri
Onun qızıl şüa tək könül titrəyişləri.
Mən onun sayəsində boya-başa çatmışam
Anam məni yaratmış,mən aləm yaratmışam.
Pərəskarlıq eylədi,5-il xəstə oğluna.
Qanlı göz yaşlarıyla nicat verən bir ana
Bəs övladı neylədi,heçnə inan ki,heçnə.
Şəfaxanədə yalqız,özgənin ümidinə.
Bir gün xəbər gəldi ki,tamam oldu həyatı
Sındı qolum-qanadım.
Qum şəhəri yolunda dağlar məni danladı
Dağları da özümtək səssiz danışan gördüm.
Qara cizgilər dolu,bu səhra bir qəm yolu
Mənim üçün qorxulu....
Dəryaça da elə bil ağlayırdı halimə
**********
Dayanıb fikrə daldıq,günbəzin ətrafına dolanıb namaz qıldıq.
Göy mamırlı daşların baxdım yan-yörəsinə
Düşdü gözümün yaşı yasının surəsinə
Bitdi yasin də bitdi,Anam torpağa getdi.

Mən o,gecə atamı gördüm,yuxumda gördüm.
O,anamı səslədi,anam hay verdi ona
Ayın dörd çevrəsini bulud,duman bürüdü
Bildim anam gələcək!
Ana,getmə!Can Ana
Atam həyət bağında öz uca çardağında
Ən ülvi bir aləmin müqeddes qucağında
Elə aləm ki,orda nə ələm var,nə qəm var
Əziz Ana oğlundur,bu sözləri söyləyən.
Bütün əzablarının,dərdlərinin,muzdunu
Bir damcı göz yaşıyla ödəyirəm bu gün mən.
Sən dərdimi çəkməkdən xilas oldun,ölərək
Rahat uyu anacan,təzə yerin mübarək.
Qarşıdadır,qarşıda hələ qəmim,kədərim.
Mənim anasız günüm,mənim yetim günlərim.
Birdən sanki yer çəkib ürəyimi apardı
Qəbristan sükütunda anam fəryad qopardı.
Daşların arasıyla o,yüyürüb,o,qacır
Ayaqları dolaşır,o yıxılir.
Dikəlir,gəlir,dalımca gəlir.
Hürkmüş bir dəli kimi vağzalacan yüyürdüm,
Adam içinə girdim.
Evə gəlib çatanda.
Gördüm o, məndən qabaq
Gəlib durub eyvanda.
Çabalayır,çırpınır,məndən gileylənirdi
Yarım qapalı gözlər elə bil ki,deyirdi:
Məndən ayrılma.


********
Başım gicəllənirdi.
Ürəyimə elə bil civə doldururdular.
Gözümün qabağında yer-göy qalxıb enirdi.
Hər şey pərən-pərəndi
Hər şey qorxunc,tar mar.
Başımdan basmaq üçün səma məni gəzirdi
Tufanda boğmaq üçün dərya məni gəzirdi.
Günahkar gözlərimdə dunya zülmətə dönmüş
Maşının təkərində küləklər oda dönmüş.
Küləklərmi bu əsən,ya onun zəif səsi
Mənim arxamca qaçan o,vücudun naləsi?
Evə gəldim...
Oxlanmış,dilimdə söz qurumuş
Gördüm yenə hovuzun o,başında oturmuş
Yenə də mis ləyəndə ağ köpüyü yayır o
Mənim andıra qalmış köynəyimi yuyur o.
Sanki azca qımışdı,amma qəlbi sınmışdı
Dedi:məni torpağa tapşırıb gəldin sag ol
Yalqız qoymayacağam səni,binəva oğul.
İstədim gülümsünüb çıxam bu iştibahdan
Ancaq o,xəyal idi.
Sinəm od tutdu ahdan.
Yumruq boyda qəlbimdə dünya boyda kədərim,
Sən indi bir xəyalsan.
Eyvah anam,maderim.
Səsimdə nəfəsimdə yaşayacaqdır mənim.
                                            *************                                                               

12 dekabr 2012
GO BACK