Qadin.NET / Gömülmüş arzu (Abbasova Mehriban)

Gömülmüş arzu (Abbasova Mehriban)

       

 

 

 

Elə dərdə düşmüşəm bilənim yoxdur

Dərdimi deməyə adamım yoxdur,

 Olsada  çarəsin  qılanım  yoxdur,

Sən özün dərdimə çarə qil Allah.

  

Könlümdən keçəni bilənim yoxdur

Arzuma çatmaga gümanım yoxdur,

Olsada gümanım çarəsiz qalıb,

Sən özün çarəmə əlac qıl Allah.

  

Gözümdə qalacaq arzu muradım,

Özümdə qalacaq arzum,muradım,

Doğulmuş arzumu gömüm mən gərək,

Ah fələk,sən özün bağışla məni!

13 sentyabr 2010
GO BACK