Qadin.NET / Sevgi ağacım

Sevgi ağacım

Bu şeri sevgisinə qovuşmayan çox sevdiyim bir qızın xahişi ilə yazmışdım. Allah heç kimi bitərəf sevgiylə yaşatmasın.

 

Sevgi ağacım

 

 

Sevgi ağacım

Bu sevgi qəlbimə düşən toxumdu

Göz yaşım sulayıb, böyüdüb onu.

Kölgəsi heç zaman mənim olmayan,

Gizli bir ağac tək bəslərəm onu.

 

Ancaq qorxuram ki, içimdə yanan

Bu atəş qurudub məhv edər onu.

Göz yaşım köməyə gəlməsə əgər

Görəsən nə olar bu qəlbin sonu?

 

Tənha insanlara kölgə salmayan

Sirli, sevgi dolu böyük ağaca

Səndən xəbərsiz olsa da belə,

Ümüdlü gözlərlə baxacam ona.


Bitərəf sevgiyə qucaq açmayan

Dərdinə uzaqdan çarə tapılan,

Bir ağac əksəm də bilirəm ki,mən

Həyatda ən böyük xəzinəmsən sən.


4 yanvar 2013
GO BACK