Heç vaxt xəyalımdan keçməzdi belə,
Sən məni aldadıb gedə biləsən.
Eşqindən alışıb yanan qəlbimi,
Əlində oyuncaq edə bilərsən.
Peşman olmadın sən getməyinlə,
Mənim saf sevgimi puç etməyinlə,
Gəl heç də öyunmə gözəlliyinlə,
Çətin ki, qəlbimə dönə biləsən.
***
Mən sirli, ləhcəli bir bülbül kimi,
Güllərdən küsərəm, səndən küsmərəm.
Məni öz canından artıq istəyən,
Ellərdən küsərəm, səndən küsmərəm.
***
Zaman səni məndən aldı,
Ürək səni gözdən saldı,
Həyat məni ələ saldı,
Sevdam sənə ayan oldu.
Bəlkə bu məhəbbət bir yuxu idi,
Bir xəyal idi keçdi ömrümdən.
Ömrümdən gedəndə qəlbim səninlə,
Səninlə birlikdə mənsiz getdi.
Qəmli-qəmli baxma sən mənə,
Dərdim böyük, qoy deyim sənə,
Məndən ayrılıb gedirsən daha,
Ayrılıq nəğməsi yazıram sənə.
***
Ayrı cür sevəcək sevənlər,
Yollar dəyişəcək yerişimizi.
Bir vaxt adımız dəbdən düşəcək,
Dünya unudacaq hər ikimizi.