Qadin.NET / Ey sevgilim

Ey sevgilim

İLk olaraq Qadın.net-də
Ey sevgilim


Ey sevgilim 

 


Ey  sevgilim, gözəl  bir

                                 qush olub

mavi  səmalara uçmaq istərdim.

Ağ  buludların  üzərindən,

yer üzünə doyunca baxmaq istərdim. 

 

 

Ey sevgilim istərdim bir

                                   dolu olub

narın-narın yağım yer üzünə mən 

isladıb sənin al dodaqlarını

süzülum sinəndən qəlbin üstə mən.                              

 

 

 

Ey sevgilim istərdim bir

                                  dalğa olum

dənizin qucağında çırpınıb coşum

coşum elə coşum ki,dəniz rəqs etsin

içimdə uyuyan  şıltaqlıq  kimi.

 

 

Ey sevgilim istərdim bir

                                 günəş olum

hər gun doğulum göy üzündə mən

parlayım,alışım,göz qamaşdırım,

hələ alışa bilməyən gəncliyim kimi.

 

 

Ey sevgilim istərəm nurlu

                                      ay olum

gecələr dənizə salım nurumu

həzin ləpələrin şırıltısında 

sənin ağuşunda dalım sevgiyə.                                 

 

                                         

 Müəllif: Abbasova Mehriban

 

5 sentyabr 2010
GO BACK