Qadin.NET / Yalnız səni sevmək istəyirəm

Yalnız səni sevmək istəyirəm

 

 

 

Yalnız səni sevmək istəyirəm

 

Yox,davam etmez ki,belə.

Olmaz ki,belə sevgi.

Sən ayrı,mən ayrı

yaşanmaz ki,ayrılıqda bu sevgi.

Sanki sən yerdəsən,mən göy də.

Sən günəşsən,mən də ki,ay.

Sən o tayda ,mən bu tayda

qovuşulmaz iki ayrı dünyayıq biz.

Qaçıram sənə sarı bəlkə çatdım.

Sənə çatmaq mənə çətin.

Sənin yollarına hasar çəkilmiş,

mənim o hasari aşmağım  çətin..

Yox,istəmirəm bu cür sevgi.

İstəmirəm yaşamağı səndən ayrı.

Səni istəyirəm təkcə səni mən.

Üzünü görüm ,səsini eşidim

hər adını andığımda.

Saçlarıma sığal çəksin əllərin.

Dizlərində başa vurum gecəni.

Ayrı-ayrı bədənlərdə deyildə,

Bir vucudda yaşayaq səninlə biz.

İkimiz olaq sən və mən.

Bax,budur istədiyim mənim yalnız.

Mən yalnız səni sevmək ,sənin olmaq istəyirəm.

Mən  yalnız səninlə olmaq istəyirəm.

 

                                                                                 Mədinə Abbasova  

P.S: Bu şeri icazəsiz copy edib digər saytlarda müəllif hüququ qorunmadan,yəni bu şeri müəllifin adını qeyd etmədən və müəllifdən icazə almadan və öz adına çıxararaq hər hansısa bir sayt və ya sosial şəbəkələrdə yayımlanması qəti  qadağandır.

22 oktyabr 2012
GO BACK