Bəhlul Orucoğludan şeir sovqatı
Deyirsən hərdənbir havalıyam mən,
Özüm hey özümlə davalıyam mən...
Soruşma heç məndən haralıyam mən,
Vətəndə bir qərib yuvalıyam mən,
Hey özüm- özümlə davalıyam mən.
Neyləyim,öz gücüm özümə çatır,
Əllərim başıma dizimə çatır,
Hələ ki,dözürəm,dözümə çatır,
Yurdumda olmuşam qərib yuvalı,
Mən necə olmayım indi havalı?
Özüm də özümlə qaldım davalı.
Düşmən torpagımı çapıb talayır,
Çaqqal tək səs-səsə verib ulayır,
Müqəddəs yerləri kafir bulayır,
Mən necə olmayım indi havalı?
Vətəndə olmuşam qərib yuvalı,
Özümlə qalmışam özüm davalı.
İtirdim dostları,qarlı dagları,
Səngərim yastıgım qayalıqları,
Suları şəfalı buz bulaqları,
O cənnət,əbədi yaz Qarabagı,
Zorla əlimizdən aldısa yagı-
Mən necə olmayım,deyin havalı?
Vətəndə olmuşam qərib yuvalı,
Özümlə qalmışam özüm davalı...