Qadin.NET / Quranı oxu

Quranı oxu

 

Əziz xanimlar oxuduğum bu şeri sizinlə də bölüşmək istədim

 

 

Quranda ilk əmr «oxu» sözüdür,

Oxu, ey cahil Quranı oxu!

Yaransın qəlbində qoy Allah xofu,

Oxu Allahın adıyla oxu.

 

 

Məscidlə əvəz et kafe, barını,

Sədəqə et, yığdığın dünya malın.

Haramdır musiqi, dinlə Quranı,

Oxu, ey cahil, Quranı oxu,

Oxu Allahın adıyla oxu.

 

 

Qəbr ezabı var, insanı sıxır,

Cəhənnəm odu var yandırıb yaxar,

Sorğuyla əməlin ortaya çıxar,

Oxu, ey cahil, Quranı oxu,

Oxu Allahın adıyla oxu.

 

 

Aç  oxu, Quranı nəzərdən keçir,

Ömrünü boş deyil, beş vaxtla keçir,

Allahı seven Siratı keçir,

Oxu, ey cahil, Quranı oxu,

Oxu Allahın adıyla oxu.

 

 

 

Qiyamət saatı qopduğu zaman,
Kafirlər diz çöküb istəyər aman.
Sən də şəhadət et, olma peşiman.
Oxu, ey cahil, Quranı oxu,
 Oxu Allahın adıyla oxu.

 

 

 

Qüdrət sahibinin yox ehtiyacı,

Kəffarədir verdiyin hər ağrı-acı.

Odur bəndəsinə edən əlacı,

Oxu, ey cahil, Quranı oxu,

Oxu Allahın adıyla oxu.

3 noyabr 2012
GO BACK