Qadin.NET / Ata (Abbasova Mehriban)

Ata (Abbasova Mehriban)

Ata (Abbasova Mehriban)



Əziz qadin.net xanımları ve oxucuları! Yazdığım şerləri həyat yoldaşımdan başqa hələ heç kim oxumayıb.İlk olaraq sizlərə yayımlayıram.

ATA

O gün aldığım qara xəbərin
ağrısı acısı ürəyimdədir
yüz yaşıma çatsamda belə
o günkü acını yaşayacağam.

Səni həsrətlə gözləyirdim mən
hər gecə yuxumda gəlirdin bizə
səni qapıda görənkimi mən
sarılıb boynuna öpürdüm səni.

Beləcə on bir gün eyni yuxunu
həsrətdən olduğun düşünürdüm mən
nə bileydim ki yuxularımda
sənlə vidalaşıb ayrılırammış

Telefonda dedimki dözə bilmirəm
saylı günlərin həsrətinə
gəlişinə lap az qalsada belə
səni həsrətlə gözləyirəm mən.

Gözəl günlərin birində
musiqi çalırdı biz oynayırdıq
gəlişinə cəmi on gün qalsada
səndənsə xəbər cıxmırdı hələ.

Sən demə mən burda rəqs edən zaman
sən orda canını tapşırırmışsan
o an kaşki əlindən tutaydım ata
saçlarına sığal çəkə biləydim.

Elə bil əvvəldən duyuq düşmüşdüm
səkkiz ay əvvəl yola slarkən səni
içimdə belə bir hiss keçdi sanki
səni son kəs görürəm indi.

Dediyim o gözəl gün indi mənim üçün
qara gün kimi yazılıb taleyimə
o günü yaşamaq nə qədər çətin
o günlə yaşayıram hələdə mən.

Telefonda aldıq qra xəbəri
dizlərim boşaldı köksüm kəsildi
birdə baxdımki qıçlarım yoxdur
qollarımda artıq mənim deyildir.

Nə deyim nə yazım yaza bilmirəm
ondan sonrasını xatırlamayım
ona görə yox ki əziyyət çəkmişəm
ona görə ki səndən qopmuşam.

O vaxtdan bu vaxta illər keçsədə
gözlərim hər yerdə səni arayır
deyirəm bəlkə buda yuxudur
kaşki bir yuxu olaydı buda.

Hərdən özümü nankor sayıram
sənsiz mən necə yaşaya bildim
axı sən mənsiz bircə an belə
yaşamazdın bu geniş dünyada yəqin.

Ata inanki yaşasamda mən
sənin xəyalınla yaşayıram mən
Allaha şükür edib hər gün hər zaman
sənin övladın olduğum üçün fəxr edirəm mən.

Sənin gözəl gözlərin xoş gülüşlərin
gözümün önündən getmez heç zaman
saçımı oxşamalarını xoş sözlərini
andıqca anıram hər gün hər zaman.

Kaşki belə bir şey olaydı ata
ildə bircə gün səni görəydim
uzaqdan-uzağa beşcə dəqiqə
səni görmək yetərdi mənə.
26 avqust 2010
GO BACK