Qadin.NET / Məni də itirərsən...

Məni də itirərsən...

 


Vaxt gələr ki, vəfasız,

Məni də unudarsan,

Xatirəndən silərək

Bir kənara atarsan,

Olanları danaraq

Yeni ocaq çatarsan,

Hər yetəni, eləcə

Sevərsən, unudarsan.

Aldadaraq, yoraraq,

Uyarsan, uduzarsan.

Bugününlə tapışıb,

Bugününlə uyuşub

Dünənindən qaçarsan.

Səadət harayında

Yeni yollar araraq

Tapdaqaltıca olmuş

Cığırlarla gedərsən.

İsinib ovunaraq

O yalan sevgilərin,

O yalan vədələrin

İlğımındaca hər an,

Həyatı dəyişərsən,

Yeni duyğularla sən

Büsbütün alışarsan.

Vaxt gələr ki, vəfasız,

Məni də unudarsan,

Məni də itirərsən...

Süsən Anar

30 oktyabr 2012
GO BACK